29 aprel 2014 - 02:03
Vəhhabi şeyxindən şok "fətva": "Xanımı zorlanan kişi

Misirin sələfi “Nur” partiyasının şeyxlərindən olan Yasir Burhami “anasalafy.com” adlı saytında İslama zidd fətva yayımlayıb

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Misirin sələfi “Nur” partiyasının şeyxlərindən olan Yasir Burhami “anasalafy.com” adlı saytında İslama zidd fətva yayımlayıb.
O bildirib ki, bir kişinin həyat yoldaşını  zorlayarlarsa və  ərinin bu işə müdaxiləsilə həyatı təhlükəyə düşərsə, ər təcavüz edən şəxsə müdaxilə etməməsi dinə görə caizdir (icazəlidir): “Arvadı zorlanan kişi, pul üçün soyğuna məruz qalan şəxs kimidir və bu halda qadını müdafiə etmək və ya qarşısındakı şəxsi zərərsizləşdirmək məcburiyyətində deyil”.
Bu fətva Misirin sünni icması tərəfindən tənqid atəşinə tutulub.
“Əl Əzhər”in keçmiş alimlərindən olan Şeyx Əli Əbu Həsən Burhaminin bu fətvasını “İslama zidd” adlandıraraq, hər bir qadının  qorunmasının əri və yaxın qohumlarının üzərində olduğunu bildirib.
Məhəmməd Əl Cundi adlı sünni alim də, Burhamini tənqid edərək “bu şəxsin fətvasının dəlili yoxdur” deyib. Ancaq Burhamini müdafiə edənlər də tapılıb.
Vəhhabilərin digər öndə gələn şeyxlərindən olan Şeyx Əli Xatəm deyib: "Ər əgər əmin olsa ki, həyat yoldaşını müdafiə edə biləcək, onda etməlidir. Lakin müdafiə edərkən öldürülmə təhlükəsi varsa nə etməlidir? Öldürülsünmü? Belə olan təqdirdə, kişiyə icazə verilir ki, öz qeyrətini qorumaq və ya öz canından keçməmək üçün seçimini etsin".
Xatırladaq ki, Türkiyədə bəzi vəhhabi portalları da bu fətvanı tənqid edərək yayımlayıblar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

İslamazerı.az

Tags