Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Suriyaya ezam etdiyi jurnalisti Həsən Şimşadi ötən gün, həzrəti Rüqəyyənin (səlamullahi əleyha) hərəminə gedərək maraqlı portaj hazırlayıb.
Həsən Şimşadi, həzrəti Xanım Rüqəyyənin (səlamullahi əleyha) hərəmində əyninə hərbi forma geyinmiş Əhli Beytin (əleyhimus səlam) hərəmlərinin azyaşlı müdafiəçisinin şəkilin çəkib.
Şəkili feysbuk şəbəkəsində paylaşan Həsən Şimşadi belə deyib: “Bu Ağazadə ötən gecə atası ilə Xanım Rüqəyyənin (səlamullahi əleyha) hərəminə ziyarətə gəlmişdir özüdə... Nə bilim nəyə görəsə bir anlıq həzrəti Əli Əkbəri (səlamullahi əleyh) xatırladım. Ləbbəyek Ya Zeynəb! (səlamullahi əleyha)... Ləbbəyek Ya Zeynəb! (səlamullahi əleyha)... Ləbbəyek Ya Zeynəb! (səlamullahi əleyha)...
Bax bu minvaldır ki, İslam Müqavimət Mücahidlərinin Məktəbində Cihad və Şəhadət ruhiyyəsi atadan balaya irs olaraq belə ötürülür. Bu atanın övladı üçün qoyduğu ən gözəl yadigardır... ”
ABNA- Xəbər Agentliyi
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır