Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ senatoru Alan Hayesdən İslama zərbə
Alan Hayes, məktəb kitablarında İslam haqqında verilmiş olan məlumatların uşaqların başını qarışdırdığını və sağlamlıqlarının pozduğunu iddia edib. Buna görə çıxarılacaq bir qanun ilə İslamla əlaqədar bütün məlumatların dərs kitablarından çıxarılmasının lazım olduğunu söyləyib.
Onun bu açıqlaması Florida əyalətində "Müsəlmanlarla Mübarizə" adında bir cəmiyyətin qurulmasına səbəb olub. Bu cəmiyyət tərəfindən keçirilən bir kampaniya ilə məktəblərdə tarix kitablarının bir çox səhifəsini İslam haqqındakı məlumatların işğal etdiyini vurğulayaraq bu dərsliklərin yiğışdırılması üçün lazımlı qanuni tənzimləmənin edilməsini istəyib.
Bu açıqlamadan sonra bir çox şagirdin valideyni İslam dininin digər dinlərə qarşı olduğunu və dərs kitablarında geniş şəkildə İslamdan danışılmasının doğru olmadığını söyləyib.Müəllimlər həmçinin uşaqlardan kitablarında olan İslam haqqında məlumatları səhifələrindən cırıb atmalarını istəyiblər.
Florida əyalətindəki valideyn və qəyyumluq dərnəyi bu əyalətdə İslam əleyhdarlığı ilə irqçiliyin gündəmə gətirilməsindən dərin narahatlıq hissi keçirdiklərini dilə gətiriblər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
Cenubnwes.com