17 aprel 2014 - 06:32
İslam düşmənləri olan azğın sələfi- təkfirçilər Riqqə şəhər sakinlərinin kəsdikləri başlarını elektrik tellərindən asdılar + Fot

Yerli resursların verdiyi məlumata görə, vəhşicəsinə edam olunanların təkcə günahları, azğın “İŞİD” ünsürlərinin verdikləri əmrlərə tabe olmamaları olub. Edam olunanlar sırasında 7 yaşlı oğlan uşağının olduğu da vurğulanıb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriyada terror aktları həyata keçirdən və qruplaşmanın əsas üzvlərini Ərəb, Türk, Azərbaycan, şimali Qafqazdan gətizdirilmiş yaraqlılar təşkil edən qondarma “İraq və Şam İslam Dövləti” (İŞİD) adlı terror qruplaşması öz qeyriİslami və qeyriinsani rəftarlarına davam edir.

Suriyanın müxtəlif bölgələrində cinayətlər törədən azğın qruplaşma bu dəfə Riqqə şəhərində vətəndaşların başlarını kəsərək, kəsilmiş başları şəhərin xiyabanlarının birindəki elektrik tellərindən asmışlar.

Yerli resursların verdiyi məlumata görə, vəhşicəsinə edam olunanların təkcə günahları, azğın “İŞİD” ünsürlərinin verdikləri əmrlərə tabe olmamaları olub.

Edam olunanlar sırasında 7 yaşlı oğlan uşağının olduğu da vurğulanıb.

Qeyd edək ki, Riqqə şəhəri Suriyada azğın “İŞİD” təkfirçilərinin mərkəzləşdiyi şəhərdir. “İŞİD” yaraqlıları Müqəddəs İslam Dininin adından suistifadə edərək bu şəhərdə saysız cinayətlər törətməkdə davam edirlər.

Riqqə əşəhər sakinlərinin əksəriyyəti “İŞİD” təkfirçilərinin qorxusundan evlərini tərk etdikləri üçün şəhər, azğın “İraq və Şam İslam Dövləti” adlı qruplaşmanın hərbi mərkəzinə çevrilib.

 

 

 

ABNA- Xəbər Agentliyi

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags