15 aprel 2014 - 18:38
Suriya Nigeriyada “təkfirçi” ünsürlərin törətdiyi terror hadisələri qınayır

Suriya Xarici İşlər Nazirliyi “Təkfirçi terror qruplaşması Paytaxtın şəhərətrafı milli nəqliyyat qarajında bomba qurğuları ilə yüklü bir avtomobillə reallaşdırdığı terror əməliyyatında, 50 günahsız adamın həyatına son qoymuş və onlarla adamın da yaralanmasına gətirib çıxartmışdır. Suriya hökuməti insanlığa sığmayan bomba ilə həyata keçirilmiş terror aktını şiddətlə qınayır.”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriya Ərəb Respublikası bu gün, 'Boko Haram' adlı azğın “təkfirçi” terror təşkilatının Nigeriyada reallaşdırdığı terror hərəkətlərini qınayıb.

Suriya Xarici İşlər Nazirliyi bu gün nəşr etdiyi bəyanatında bildirib: “Suriya, 'Boko Haram' adlı təkfirci terror ünsürlərinin Nigeriyada günahsız insanlara, şagirdlərə və Milli Orduya qarşı törətdiyi qeyriinsani terrorçu hərəkətlərini narahatlıqla izləyir.

Nazirlik qeyd olunan bəyanatda bildirib: “Təkfirçi terror qruplaşması Paytaxtın şəhərətrafı milli nəqliyyat qarajında bomba qurğuları ilə yüklü bir avtomobillə reallaşdırdığı terror əməliyyatında, 50 günahsız adamın həyatına son qoymuş və onlarla adamın da yaralanmasına gətirib çıxartmışdır. Suriya hökuməti insanlığa sığmayan bomba ilə həyata keçirilmiş terror aktını şiddətlə qınayır.”

Suriya Xarici İşlər Nazirliyi Suriya hökumətinin terrora qarşı olduğunu, Nigeriya hökuməti və xalqının dərdinə şərik çıxdığını, habelə Nigeriya Şəhid ailələrinə başsağlığı verdiyini, yaralılara da təcili şəfalar tapmalarını təmənna etdiyini bildirib.

Nazirlik beynəlxalq aləmin azğın əl-Qaidə və vəhhabilik cəryanlarından doğan təkfirçlərə qarşı məsuliyyəti qəbul etməklə birlikdə təcili və təsirli işlər görməyi tələb edib.

Suriya Nazirliyi həmçinin təkfirçi və radikal terror qruplaşmalarını dünya təhlükəsizliyi və sabitliyini təhdid edən və beynəlxalq aləm üçün ən böyük təhlükə halına gəldiyini xəbərdar edib.

 

ABNA- Xəbər Agentliyi

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags