14 aprel 2014 - 14:30
Şirvan şəhərində vəhabilər fəallaşır

Şirvan şəhərində vəhabilər fəallaşır. Sələfi təriqətinə üzv olanların sayı şəhərdə günbəgün artır

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən

Şirvan şəhərində vəhabilər fəallaşır. Sələfi təriqətinə üzv olanların sayı şəhərdə günbəgün artır

Bu haqda “Axar.az”a yerli sakinlər məlumat verib. Deyilənə görə, bir neçə gün əvvəl bir qrup vəhabi şəhərin mərkəzində yerləşən xüsusi mənzilə toplaşıb. Mənzili ibadət evi kimi istifadə edən sələfilər namaza gəlir, ibadət edir, müzakirələr aparırlar

“Əvvəllər də bu cür toplaşdıqlarını görürdük. Amma son bir ayda bu mənzilə gəlmələri daha da intensivləşib. Əvvəllər məscidə yığışardılar. İndi fərdi evlərdə gizlin şəkildə toplaşırlar. Bu da insanlar arasında narahatlığa səbəb olur. Təqribən 10-15 bahalı maşın hər gün bu evin qarşısında dayanır. Heç kimin onların nə etdiyindən xəbəri yoxdur

Sakinlərin sözlərinə görə, şəhər icra başçısı Mərdan Camalov hüquq-mühafizə orqanlarına onları daha ciddi şəkildə nəzarətə götürmək barədə təlimat verib

Qeyd edək ki, bir neçə gün öncə qonşu Salyan rayonunda bir sələfinin mağazasına Yezid adı qoyması şiələri qəzəbləndirib, mağazanın üzərindən adı söküb çıxarıblar. Salyan rəhbərliyi rayonda 30 vəhabinin olması haqda məlumat verib

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

İslaminsesi.az

Etiketlər