Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, işğalçı sionist rejimin xarici işlər nazirliyindəki mənbədən nəql olunan məlumatda bildirilir: “Fələstin torpaqlarını işğal etmiş irqçi sionist irail rejiminin xarici işlər naziri Aviqdor Liberman aprelin 30-da Bakıya səfər edəcək.”
Artıq A.Libermanın rəhbərlik edəcəyi nümayəndə heyətinin Bakıya planlaşdırılan səfəri hazırlıq mərhələsindədir. Səfər çərçivəsində sionist rejimin nümayəndə heyətinin İlham Əliyev ilə görüşləri nəzərdə tutulur.
Görüşlərdə yüksək texnologiyalar və müdafiə sənayesi sahəsində ikitərəfli əməkdaşlığın inkişafı perspektivlərinin, habelə Azərbaycanla qeyrileqal israil rejimi arasında gediş-gəlişin asanlaşdırılması kimi məsələlərin müzakirə olunacağı bildirilsə də, lakin məlum olduğu kimi, görüşün əsasə məqsədi İran İslıam Respuyblikası və İlham Əliyevin Tehrana etdiyi işgüzar səfərinin detallarının müzakirəsidir.
ABNA- Xəbər Agentliyi Xarici KİV-ə istinadla
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır