12 aprel 2014 - 17:17
İndoneziya parlament seçkilərində Şiələrin dahi şəxsiyyəti qələbə qazanıb

Qeyd edək ki, İndoneziyada keçirilən seçkilər zamanı, ölkənin əsas strateji postlarına sahib çıxmış “vəhhabi” və “təkfirçi” sələfilər bihudə səylər göstərərək, professor Cəlalud Din Rəhməti “kafir”, “müşrik” adlandırmaqla xalqın ona səs verməsinin önün almağa çalışmışlar.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu günlərdə İndoneziada parlament seçkiləri keçirilir. Məlumata görə, seçkilərin ilkin nəticəsində İndoneziya Şiələrinin sevimli şəxsiyyəti professor Cəlalud Din Rəhmət səs çoxluğu ilə qələbə qazanıb.

İndoneziyanın elmi və dini şəxsiyyətlərindən biri sayılan professor Cəlalud Din Rəhmətin bu günə kimi heç bir siyasi səhnədə fəaliyyəti olmamışdır. Ancaq İndoneziya Milli Azlıqlarının xüsusi ilə də, artıq bir neçə ilə yaxın öz yürd və yüvalarından qovulmuş məzlum Sampang Şiələrinin hüquqlarının müdafiəsi məqsədi ilə, cari ilin parlament seçkilərinə namizədliyini irəli sürmüşdür.

İndoneziya Əhli Beyt (əleyhimus səlam) Cəmiyyətinin (IJABI) Katibi, professor Cəlalud Din Rəhmət seçkilərdə Bandung və Qərbi Bandung məntəqələrində qələbə qazanaraq ölkənin Milli Məclisinə keçə bilib.

Qeyd edək ki, İndoneziyada keçirilən seçkilər zamanı, ölkənin əsas strateji postlarına sahib çıxmış “vəhhabi” və “təkfirçi” sələfilər bihudə səylər göstərərək, professor Cəlalud Din Rəhməti “kafir”, “müşrik” adlandırmaqla xalqın ona səs verməsinin önün almağa çalışmışlar.

Cəlalud Din Rəhmət kimdir?

Professor Hacı Cəlalud Din Rəhmət İndoneziyanın tanınmış elm xadimlərindən biridir. O, Amerikanın Ayuva Ştatının universitetində, Astraliya Beynəlxalq Araşdırma inistutunda və İndoneziya Maksara İslam universitetində təhsil alıb. Avstraliyadan “Siyasət və Beynəlxalq Əlaqələr” üzrə doktoralığını alan Cəlalud Din Rəhmət, “Hədis Elmləri” üzrə doktoralığını İndoneziyadan alıb.

Hacı Cəlalud Din Rəhmət İndoneziyada Şiə Müsəlmanlarının “Ikatan Jamaah AhlulBait Indonesia – IJABI” (İndoneziya Əhli Beyt (əleyhimus səlam) Cəmiyyəti) adlı ən böyük müəssisəsinin qurucusudur.

 

ABNA- Xəbər Agentliyi

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags