Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriyaya “nikah cihadı” adı altında yaraqlılar ilə zina etməkə gedən 15 yaşlı Səudi Ərəbistanlı “qız” uşağı bədnam missiyanı həyata keçirtdikdən sonra geriyə, öz ölkəsinə döndükdə maraqlı açıqlamalar verib.
Ərəb medialarının bildirdiyinə görə, Aişə Bikri adlı azyaşlı pozğun, Səudi Ərəbistan vətəndaşıdır. O, “nikah cihadı” adı altında bir neçə ay Suriyada zinakarlıqla məşğul olduqdan sonra, Riyaz hava limanına dönmək məqsədi ilə Beyrut hava limanına gedib və orada jurnalistlərə müsahibə verib.
Jurnalistlərə müsahibə verərkən o belə deyib: “Mən vəhhabi müftisi Muhəmməd Ureyfinin qadınların Suriyada “nikah cihadı” ilə məşğul olmalarına dair verdiyi fətvasından sonra, Suriyaya getdim.”
O, daha sonra çəkinmədən deyib: “Suriyada qaldığım müddət ərzində ayrı ayrılıqda dünyanın müxtəlif ölkələrindən gəlmiş 1000 nəfərdən çox silahlı ilə cinsi əlaqədə olmuşam. Onların əksəriyyətini Əlcəzayir, Pakistan, Somali, İraq və Efiopiya vətəndaşları təşkil edirdi.”
Aişə Bikri hazırda zinadan hamilə olduğunu bildirərək, uşağın atasının dəqiq kim olduğunu bilmədiyini deyib: “Güman edirəm uşaq “Nüsrə Cəbhəsi”nin komandirinin olsun. Çünki o, israilə səfər etdiyi zaman məni də özü ilə aparmışdı və biz israildə dəfələrlə yaxınlıq etdik... Səfər zamanı o israilli zabitlərlə bir sıra görüşlər keçirtdi və israillilərdən müxtəlif növ silahlar, döyüş bölgələrində Suriya Milli Ordusuna aid əskərlərin transfertlərinin kosmos vasitəsi ilə çəkilmiş fotoları və digər məlumatları aldı.”
Aişə, jurnalistlərin “Döyüşçülərin ruhiyyəsini necə hiss etdin?” sualına belə cavab verib: “Düşünürəm ki, əl-Qaidə, əl-Nüsrə, israil, Qətər və sair avropa ölkələri tərəfindən təşkil olunan bu müharibə artıq Suriyada məğlubiyyətə uğrayıb. Çün ki, “mücahidlərin” əkəsriyyəti Suriya Milli Ordusundan qorxur və onların bir çoxunun döyüş zamanı qaçaraq fərar etdiklərinin şahidi olmuşam.”
O, daha sonra deyib: “Mən dəfələrlə “mücahidlərə” aid kütləvi cənazələrin Suriyanın müxtəlif bölgələrindəki zibilxanalarda atıldığını müşahidə etmişəm.”
ABNA- Xəbər Agentliyi
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
Yersiz və pis şeyləri zinətləndirən şeytanın qulları
Ərəbistanlı qız Suriyada “nikah cihadı” adı altında 1000-dən çox yaraqı ilə zina etdiyini bildirib
6 aprel 2014 - 05:05
Xəbər kodu: 600964