4 mart 2014 - 20:30
Kin saxlamaq günahdırmı və bunun əlacı nədir?

Kin saxlamaq iki qisimdir...

Sual:

   Ürəyimdə kiməsə qarsı kin saxlamaq nifrət etmək gunahdımı və bundan necə xilas olmaq olar?

 

Cavab:

   Bismillahir Rəhmanir Rəhim.

Kin saxlamaq müxtəlif yerlərdə fərqlidir.

1- İnsan əgər Allahın düşmənlərinə (məlun şeytan və onun cinlərdən və insanlardan təşkil tapmış ordusuna) qarşı kinli olarsa bu iş yaxşıdır və bəyənilir. Həqiqətdə bu iş Fruid dinin 9 və 10-cu bəndlərinə Təvvəlli və Təbərriyə (Allahın düşmənləri ilə düşmən dostları ilə dost olmaq) bir növ əməl etməkdir.

2- Allahın mömün bəndələrinə qarşı kinli olmaq günahdır. Bu problemdən xilas olmağın yolunu Məsumlarımızın bizlərə öyrətdiyi kimi o şəxsin haqqında Allah talaya xüsusi dualar etmək onu digərlərinin yanında tərifləmək və ona xoş arzular etməkdir. Bu xəstəliyin dediklərimizdən başqa çıxış çarəsi yoxdur.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır