Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Prezidenti Bəşşar Əsəd bu gün özü və Suriya xalqı adından Venesuella prezidenti Nikolas Maduroya məktub göndərib.
Cənab Bəşşar Əsəd məktubunda Maduronun Venesuelanın idarə etmədə dünya prinsiplərinin qorunması ilə yanaşı Latın Amerikasındakı böyük liderlərin tarixi təcrübəsindən ilhamlanan üsuluna Suriya dövlətinin və xalqının dəstək verdiyini açıqlayıb.
O daha sonra bildirib: “İmperialist qüvvlər, Venesuella kimi dövlətlərin suveren və müstəqilliyini hegemoniya altına almaq, təbii zənginliklərini istismar etmək və xalqın imkanlarını müsadirə etmək məqsədiylə xaos və zorakılığı artırır”.
Bəşşar Əsəd məktubunun sonunda xalqın iradəsindən üstündə heç bir şeyin olmadığını bildirərək, Suriya və Venesuelada azadə xalqların gələcəəklərini özləri tərəfindən təyin etməkdə mütləq qələbəyə nail olacaqlarını vurğulayıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır