Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Prezidenti Höccətül İslam vəl Müslimin Doktor Həsən Ruhani cənabları İran İslam Respublikasının yerli mütəxəssisləri tərəfindən istehsal olunan uzaq orta mənzilli balistik raketlərinin yeni nəslinin müvəffəqiyyətlə sınaqdan keçirilməsini başda Ümümdünya Müsəlmanlarının Ali Lideri İmam Xamanei cənablarına, İran İslam Respublikasının alimlərinə, İİR Müdafiə Nazirliyininn sənətkarlarına və İran İslam Respublikasının şücaətli xalqına təbrik ərz edib.
Cənab Həsən Ruhaninin göndərdiyi təbrik məktubunun tam mətnin təqdim edirik:
Bismilləhir Rahmənir Rahim
Böyük və Şərafətli İran xalqı!
Yovmullah (Allahın günü) 22 Bəhmən (11 Fevral) ayı astanasında və İran İslam Respublikasının bərəkətli ömrünün 36 –cı ilinə qədəm qoyması münasibəti ilə, sizin Mücahid və Alim Övladlarınız uzaq orta mənzilli balistik raketlərinin yeni nəslini uğurla sınaqdan keçirməyə nail olublar. Mən, əldə edilən bu böyük müvəffəqiyyəti başda Ali Baş Komandan olmaqla, sizə, İslami İranın Qeyrətli və Əziz xalqına, İran İslam Respublikasının Müdafiə Nazirliyininn sənətkarlarına və Silahlı Qüvvələrimizə təbrik ərz edirəm.
Şübhəsiz, Əziz Rəhbərimizin və Şərafətli İran xalqının iradəsi sayəsində izzət və iqtidar yolunda irəli addımlamaq bizim üçün daha da asan olmuş və Allah Təalanın lütf və inayəti ilə qələbə də bizimlədir.
İran İslam Respublikasının Prezidenti
Həsən Ruhani


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır