26 yanvar 2014 - 20:30
Höccətül İslam vəl Müslimin Həsən Ruhani qondarma “israil rejimini” ÇAŞMAMAĞA dəvət etdi

Həsən Ruhani: “Hər halda (sionist israil rejimi) belə bir axmaqlığa (İİR-a hərbi müdaxilə etməkliyə) yol verərsə, çox peşman olacağı bir cavabı alacaq”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının prezidenti Höccətül İslam vəl Müslimin Həsən Ruhani İİR-la “altılıq” ölkələri arasında yekun razılaşmanın əldə edilməsi üçün qarşı tərəfdə lazımi siyasi iradə və gücun olmasına işarə edərək bildirib: “Əgər qarşı tərəf lazımi siyasi qabiliyyət və iradəyə sahibdirsə, İran İslam Respublikası da nüvə məsələsində son addımı atmağa hazırdır. Çünki İran yalnız dinc məqsədli nüvə texnologiyasına sahib olmaq istəyir və bu istiqamətdəki qanuni haqqında çox israrlıdır. Ona görə də nüvə məsələsində ayrı-seçkiliyi və məhdudiyyəti qəbul etmirik”.

Höccətül İslam vəl Müslimin H.Ruhani cənabları Qərb və ABŞ-ın İran İslam Respublikasından uranın zənginləşdirilməsi fəaliyyətlərini tamamilə dayandıraraq istədiyi miqdarı kənardan (qərb və ameriadan külli miqdarda pul ödəməklə) təmin etməsi zəruriliyi haqda verilən sualı belə cavablandırıb: “İran İslam Respublikası belə bir ayrı-seçkililiyi əsla qəbul etməyəcək. Dinc məqsədli nüvə fəaliyyətləri bütün ölkələrin haqqıdır. İran İslam Respublikası əsla uranın zənginləşdirilməsi fəaliyyətlərini və nüvə proqramını dayandırmayacaq. İran İslam Respublikasının nüvə fəaliyyətləri tamamilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altındadır. İran İslam Respublikasının gizlədəcəyi heç bir şeyi yoxdur”.

İslam Respublikasının prezidenti Höccətül İslam vəl Müslimin Həsən Ruhani daha sonra Fələstin torpaqlarını işğal etmiş qondarma israil sionist rejiminin İran İslam Respublikasının nüvə obyektlərinə hücum edə biləcəyi istiqamətindəki təhdidlərinə də münasibət bildirərək deyib: “Biz təhdiddən qorxmuruq. Onsuz da təhdid dili İran İslam Respublikasına qarşı işə yaramaz. Qondarma israil rejimi İran İslam Respublikasının qabiliyyətini çox yaxşı bilir və bizim də onların mövcud potensialı barədə məlumatımız var. Ona görə də qeyrileqal israil rejimi belə bir addım atmayacaq. Çünki belə olacağı təqdirdə nə kimi cavabla üzləşəcəyini yaxşı bilir. Sionist rejimi yalnız şüar verir və bu şüarı reallaşdıra biləcək gücdə deyil. Hər halda belə bir axmaqlığa yol verərsə, çox peşman olacağı bir cavabı alacaq”.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır