26 yanvar 2014 - 20:30
Sabahdan R.T. Ərdoğanın İİR-a səfəri başlanacaq

Tehrana ikigünlük səfəri çərçivəsində Türkiyə baş nazirinin Ümümdünya Müsəlmanlarının Ali Lider Ayətullah Seyyid Əli Xamenei cənabları ilə də görüşləri planlaşdırılır.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan sabah İran İslam Respublikasına rəsmi səfər edəcək.

Türkiyə mətbuatının məlumatına görə, baş nazir Rəcəb Təyyib Ərdoğanı səfərdə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, iqtisadiyyat naziri Nihat Zeybəkçi, habelə digər rəsmi şəxlər, iş adamları və mətbuat nümayəndələri müşayiət edəcək.

Tehrana ikigünlük səfəri çərçivəsində Türkiyə baş naziri İran İslam Respublikasının prezidenti Höccətül İslam vəl Müslimin Doktor Həsən Ruhani, Ümümdünya Müsəlmanlarının Ali Lider Ayətullah Seyyid Əli Xamenei, ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri və digər rəsmilərlə görüşləri planlaşdırılır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır