14 yanvar 2014 - 20:30
İİR XİN-i Hizbullahın Lideri, Livanın Prezidenti, , İraqın Baş Naziri, İordaniya padşahı və B. Əsəd ilə görüşdü + Foto

Suriyaya səfər edən Muhəmməd Cavad Zərif cənabları görüş zamanı, hörmətli Bəşşar Əsəd cənablarına Cenevrə 2 görüşündə qazanılacaq müvəffəqiyyətin radikalizimə son qoymasında təsirli olacağına diqqət çəkərək bildirib: “Bu görüş, Suriya böhranının həll olunması üçün bir fürsətdir. Təbii ki, Suriya böhranı yalnız reallıq və siyasi danışıqlar yolu lə öz həllini tapa bilər”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Xarici İşlər Naziri Muhəmməd Cavad Zərif cənabları Yaxın Şərq ölkələrində yaşanan qarşıdurmaların və gərgin hadisələrin sül yolu ilə həlli üçün Livana, İraq Respublikasına İordaniya və Suriyaya rəsmi səfər edib.

Xarici İşlər Naziri Muhəmməd Cavad Zərif cənabları Livana səfəri zamanı ilk öncə Livan Hizbullah Müqavimət Təşkilatının Baş Katibi Höccətül İslam vəl Müslimin Seyyid Həsən Nəsrullah həzrətləri daha sonra isə Livan Prezidenti Mişel Süleyman ilə görüş keçirib.

Livan Hizbullah Müqavimət Təşkilatının Baş Katibi ilə keçirilən görüşdə, hər iki tərəf Livan və ətraf məntəqə ölkələrində baş verən hadisələrin həlli haqda müxtəlif fikir mülaizələri aparıb.

Daha sonra İraq Respublikasına səfər edən Muhəmməd Cavad Zərifə İraqın Baş Naziri Nuri Maliki və İraqın Xarici İşlər Naziri Huşiyar Zibari ilə görüş keçirib.

İraq Respublikasının Baş Naziri ilə apardığı görüşdə İraqın Baş Naziri Nuri Maliki cənabları İran İslam Respublikasının Xarici İşlər Naziri Muhəmməd Cavad Zərifə bidirib: “Məntəqə ölkələrində yaşanan böhran vəziyyəti yalnız Suriya probleminin həll olunmasından sonra düzələ bilər. Bunun üçün də hər bir tərəf əlindən gələni əsirgəməməlidir.”

Suriyanın yenidən “təkfirçi” terrorçuların təlim mərkəzinə çevrilməməsini təkid edən Muhəmməd Cavad Zərifə cənabları bildirib: “İran İslam Respublikası Suriya böhranının sülhamiz yollar ilə həll olunmasında maraqlıdır və bu yolda əlindən gələni əsirgəməyəcəkdir”.

Daha sonra İordaniyaya Səfər edən İran İslam Respublikasının Xarici İşlər Naziri İordaniya padşahı Məlik Əbdullah ilə görüşüb.

Görüş zamanı Muhəmməd Cavad Zərif, İran İslam Respublikasının Prezidenti Höccətül İslam vəl Müslimin Doktor Həsən Ruhaninin isti salamlarını İordaniya padşahına çatdırıb. Xarici İşlər Naziri məntəqə ölkələrində baş verən problemlərin həlli yolunda İran İslam Respublikasının İordaniya ilə birlikdə həmkarlıq etməsinə hazır olduğunu bildirib.

Cənab Zərif, həmçinin görüş zamanı Suriya Dövlətinin və Suriya Xalqının üzləşdiyi faciəyə diqqət çəkərək bildirib: “Bütün ölkələrin siyasi istəkləri terrorçuluğun və radikalçılığın kökündən silinməsinə tərəf yönəlməlidir. Reallıq radikallığın yerini mütləq tez bir zamanda əvəz etməlidir”.

İordaniya padşahı da öz növbəsində Suriya məsələsinin siyasi yollar ilə həll olunub, bu zəmində hər hansı bir məsələnin həll olunmasının tərəfdarı olduğunu bildirərək deyib: “İordaniya, hər iki ölkə (İİR və İordaniya nəzərdə tutulur) arasında əlaqələrin genişlənməsinin tərəfdarıdır. Buna görə də, bu əlaqələr məntəqə ölkələrindəki problemlərin tezliklə aradan götürülməsinə gətirib çıxara bilər”.

Daha sonra Suriya Respublikasına səfər edən İran İslam Respublikasının Xarici İşlər Naziri, Suiya Prezidenti Cənab Bəşşar Əsəd ilə səmimi görüş keçirib.

Görüş zamanı Muhəmməd Cavad Zərif cənabları, hörmətli Bəşşar Əsəd cənablarına Cenevrə 2 görüşündə qazanılacaq müvəffəqiyyətin radikalizimə son qoymasında təsirli olacağına diqqət çəkərək bildirib: “Bu görüş, Suriya böhranının həll olunması üçün bir fürsətdir. Təbii ki, Suriya böhranı yalnız reallıq və siyasi danışıqlar yolu lə öz həllini tapa bilər”.

Suriya Prezidenti cənab Bəşşar Əsəd də öz növbəsində Dəməşq və Tehran əlaqələrinin mühüm rol oynadığına təkid edərək, İran İslam Respublikasından Suriya Xalqına daim köməklik göstərdiyi üçün öz minnətdarlığını bildirib.

20140115-150448.jpg

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır