Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, qondarma “İraq və Şam İslam Dövləti” adlı qaniçən terror qruplaşmasının komandirlərindən olan, Misir vətəndaşı “Əbu Asim əl-Misri”, “Livau tövhid” adlı terrorçu qruplaşmanın ünsürləri tərəfindən qətlə yetirilib.
Qeyd edək ki, Suriyanın əl-Bab şəhərində terror aktları ilə bağlı fəaliyyət göstərən “Livau tövhid” adlı terrorçu qruplaşmanın komandiri “Hicaul Bab”-dır.
Həmçinin Suriya medialarının bildirdiyi xəbərlərdə isə, azğın terrorçu qruplaşmalarından bir sayılan, sələfiyönlü “Faruq” silahlı dəstəsinin ünsürləri, Suriya Milli Ordusunun İdlib əyalətindəki keçid məntəqəsinə hücum çəkərək, qarşıdurma yaratdıqları və nəticədə yaraqlıların komandirləri öldürülərək ağır itkilər verməyə məcbur olublar.
Qeyd olunan uğursuz silahlı basqın, əl-Təyyibə şəhəri yaxınlığında Dəra əyalətinin Şərqində baş verib. Nəticədə 12 vəhabi yaraqlısı öldürülüb. O cümlədən azğın “Furqan” silahlı qruplaşmasının komandiri “əl-Qutəyş” də həlak olub.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır