Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Press TV-nin verdiyi məlumata əsasən, Türkiyə rəsmiləri ilə görüş məqsədilə İstanubla səfər edən Məhəmməd Cavad Zərif şənbə günü türkiyəli həmkarı Əhməd Davudoğlu ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib ki, İran və Türkiə geniş əlaqəyə malikdirlər və daima iki ölkə arasındakı müxtəlif məsələlər haqda lazımı ahəngdarlıqlar və fikir mübadilələri həyata keçirilir.
Zərif bildirib ki, Türkiyə və İran rəsmiləri arasında görüşlər daimi olaraq baş tutur və İranda yeni hökumətin hakimiyyətə gəlməsi ilə, iki ölkə arasında əlaqələr daha da genişlənib və biz yaxın gələcəkdə Türkiyə baş nazirinə Tehranda ev sahibliyi edəcəyimiz üçün daha artıq şadıq və İran İslam Respublikası rəsmiləri bu görüşün baş tutmasını gözləyirlər.
Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu isə həmin konfransda deyib: İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün çoxlu potensiallar mövcuddur.
Davudoğlu iki ölkə arasında əlaqələr üzrə Ali Şuranın təşkil edilməsini vurğulayaraq deyib: Bu səylərin Türkiyə baş nazirinin İrana səfərinədək daha da təkmilləşdirilməsi ümid edilir.
Türkiyəli nazir deyib ki, Zərif ilə göüşdə regionun müxtəlif məsələləri, o cümlədən Suriya məsələsi barədə öz nöqtei-nəzərlərimizi irəli sürdük. O əlavə olaraq deyib: Son həfətələrdə xüsusi ilə Hələb şəhərində acınacaqlı hadisələr və hücumlar baş verib və biz bu hadisələrdən olduqca narahatıq.
O deyib: Biz Cenevrə 2 iclasının Suriya böhranı barədə dincməqsədli olaraq ixtilafların həll edilməsi üçün bir çıxış yolunun əldə edilməsi üçün artıq ümidvarıq.
İran xarici işlər naziri Türkiyə rəsmiləri ilə görüş keçirdikdən sonra bu gün (bazar 5 yanvar) Tehrana geri dönür.