Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Həkimlərin sözlərinə görə, sabiq Baş nazirin "həyatı təhlükə" altındadır.
85 yaşlı Şaronun bir neçə daxili orqanının, o cümlədən, böyrəklərinin çatışmazlığı aşkarlanıb.
Ariel Şaron, bədənində meydana gələn müxtəlif fəsadlar səbəbiylə tez-tez əməliyyat olur. Bu çərçivədə xüsusilə beynində problemlər ortaya çıxan Ariel Şaronun vəziyyətinin daha da pisləşməməsi üçün edilən beyin əməliyyatları səbəbiylə kəlləsi qırılaraq beyninə müdaxilə edilir. Dünya ictimaiyyətdə çox sayda insan Ariel Şaronun başına gələnlərin İlahı Ədalətin bir təcəllisi olaraq şərh edir. İşin maraqlı nüansı "Qəssab" ləqəbli Şaronun xəstəliyinin tam olaraq nə olduğunu heç cür təsbit edə bilməyən heyətdə yer alan Amerikalı bir həkim də, eyni fikri dilə gətirərək, "Şaronun xəstəliyi bu ana qədər müəyyən edilməyib. Yəqin ki, onun başına gələnlər İlahi cəzanın bir nəticəsidir "ifadəsini işlətməsidir.