17 dekabr 2013 - 20:30
İraqçı: İran Vyanada ekspertlər səviyyəsində müzakirələrin başlanmasına hazırdır

İran İslam Respublikasının yüksəkrütbəli müzakirəçisi Tehran ilə 5+1 qrupu arasında ekspertlər səviyyəsində müzakirələrin bir daha başlanmasını müsbət qarşılayıb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İranın yüksəkrütbəli müzakirəçisi Abbas İraqçı  ötən gün (çərşənbə 17 dekabr) Belçikada çıxan Lo Sovar qəzetinə verdiyi  müsahibədə bildirib ki, İran İslam Respublikası müzakirələrin ekspertlər səviyyəsində keçirilməsi üçün hazırdır. Bu müzakirələr  2013-cü il  13 dekabr dayandırıldı.

İraqçı ötən gün Bürüsseldə Avropa İttifaqı xarici siyasət koordinatoru xanım Katrin Aşton ilə keçirdiyi görüşü ilə əlaqədar deyib: Xanım Aşton  Amerika, İngiltərə, Çin, Rusiya, Fransa və Almaniya üstə gəlməklə  5+1 qrupunun Cenevrə anlaşmasının icra olunmasında əzmkar olduqları haqa əminlik verib və texniki müzakirələrin tezliklə başa çatacağının tərəfdarıdır.

İranın xarici işlər nazirinin müavini deyib:  Xanım Aştonun açıqlamalarının ardınca, müzakirələrin Vyanada yenidən başlanması haqda qərara gəldik və hazırda isə Vyanada keçiriləcək müzakirələrin zamanı haqda lazımı ahəngdarlıqlar həyata keçirilir.