11 dekabr 2013 - 20:30
Milli Şuranın mitinqinə razılıq verildi

Mitinq 15 dekabr saat 16:00-dan 18:00-a qədər Yasamal rayonundakı Məhsul İdman Sağlamlıq Kompleksinin stadionunda ("İnşaatçılar" metrostansiyasının yaxınlığı) keçiriləcək.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın dekabrın 15-nə təyin etdiyi mitinqlə bağlı müraciətə cavab verib.

Cavabda mitinqin 15 dekabr saat 16:00-dan 18:00-a qədər Yasamal rayonundakı Məhsul İdman Sağlamlıq Kompleksinin stadionunda ("İnşaatçılar" metrostansiyasının yaxınlığı) keçirilməsinə razılıq verildiyi bildirilir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır