12 noyabr 2013 - 20:30
İraqlı əzadarlar arasında törədilən terror hadisəsində Şəhid olub xəsarət alanların sayı 23 nəfərdir

Diyalə əyalətinin Bəquə şəhərində, azğın sələfi yaraqlıları tərəfindən Əba Əbdillahil Hüseyn (əleyhis səlam) əzadarlarının karvan yolu üzəriundə ardıcıl 4 bomba partladılaraq, 7 Şiə şəhid olmuş, daha 15 Şiə isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanmışdır.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraq mediaları təcili xəbər yayaraq, ölkənin şərqində baş verən terror hadisəsi zamanı 23 Şiənin Şəhid və yaralandığını bildirib.

Məlumata əsasən, bu gün, 13 noyabr, 2013 tarix, sübh radələrində, Diyalə əyalətinin Bəquə şəhərində, azğın sələfi yaraqlıları tərəfindən Əba Əbdillahil Hüseyn (əleyhis səlam) əzadarlarının karvan yolu üzəriundə ardıcıl 4 bomba partladılaraq, 7 Şiə şəhid olmuş, daha 15 Şiə isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanmışdır.

Xəstəxana həkimlərinin bildirdiyinə görə,  yaralılardan bəzilərinin durumu olduqca pisdir bu səbəbdən də Şəhid olanların sayının artma ehtimalı daha da çoxdur.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır