6 noyabr 2013 - 20:30
Hacı Abgül Süleymanovun şikayəti təmin edilib

Xatırladaq ki, Mübariz Ruhani Abgül Süleymanov 2011-ci ilin avqust ayında MTN-in vəhşicəsinə hücumuna məruz qalaraq heç bir tutarlı dəlil olmadan həbs olunub. O, qondarma ittihamlarla 11 il müddətinə azadlıqdan məhrum edilib. Bu il Aprelin 24-də Qaradağ Rayon Məhkəməsi onun 6 ay müddətinə 13 saylı Cəzaçəkmə Müəssisəsindən Qobustan həbsxanasına köçürülməsi haqqında qanunsuz qərar çıxarıb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ötən gün noyabrın 6-da Ali Məhkəmə Mübariz Ruhani Abgül Süleymanovun şikayətinə baxıb.

Bu haqda açıqlama verən vəkil Cavad Cavadlı bildirib ki, Qaradağ Rayon Məhkəməsində Abgül Süleymanovun həbsxanaya keçirilməsi ilə bağlı qərar qəbul edilərkən heç bir araşdırma aparılmayıb: “Cəzaçəkmə müəssisəsi rəhbərliyinin təqdimatında göstərilən hallar mübahisəsiz fakt kimi qəbul edilmişdi. Apellyasiya şikayətində biz məsələ qaldırmışdıq ki, baxış məhkəmə istintaqı ilə aparılsın. Bakı Apellyasiya məhkəməsi şikayətimizi təmin etməmişdi. Bu qərardan şikayəti vermişdik. Ali Məhkəmə bizim şikayətimizi əsaslı saydı”.

Xatırladaq ki, Mübariz Ruhani Abgül Süleymanov 2011-ci ilin avqust ayında MTN-in vəhşicəsinə hücumuna məruz qalaraq heç bir tutarlı dəlil olmadan həbs olunub. O, qondarma ittihamlarla 11 il müddətinə azadlıqdan məhrum edilib. Bu il Aprelin 24-də Qaradağ Rayon Məhkəməsi onun 6 ay müddətinə 13 saylı Cəzaçəkmə Müəssisəsindən Qobustan həbsxanasına köçürülməsi haqqında qanunsuz qərar çıxarıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır