Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriya, İraq və Əfqanıstanda olduğu kimi Pakistanda da sələfi- vəhabi yaraqlıları İslam Ümməti daxilində qarşıdurma yaratmaq məqsədi iləŞ Şiə qırğınlarına davam etdirirlər. Belə ki, Pakistanın “Sepah Səhabe” adlı azğın sələfi terror qruplaşması ötən gün Karaçi şəhərinin müxtəlif bölgələrində dörd terror aktı həyata keçirib.
Karaçi şəhəri Polis Şöbəsinin rəisi “Şəhid Həyat” baş vermiş terror hadisələri ilə bağlı açıqlama verərək deyib: “Hdaisə zamanı Şəhid olanların sayı beş nəfər olub. Onların hammısının Şiə təriqətinin davamçıları olduğu bildirilib. Hadisənin əsas səbəbkarları hələlik yaxalanmayıb. Bu haqda axtarışlar davam edir”.
Qeyd edək ki, Şəhid olan Şiələrin kimliyi dəqiqləşib. Onlardan ikisi ali savadlı həkim, iki nəfəri sənətkar, bir nəfəri isə sıravi vətəndaş olduğu bildirilib.
Mərhum Şir Əli adlı həkim Karaçinin “Məngupir” məntəqəsində, mərhum “Nəsim Zeydi” adlı həkim isə, günorta radələrində “Təriq” xiyabanında aldıqları güllə zərbəsindən dünyalarını dəyişərək Şəhid olmuşalr. Daha iki nəfər isə Dərzi dükanı daxilində Şəhid olublar. Düşmən dükana hücum çəkərək Dükan sahibini və onun işçisini yerindəcə öldürmüş qalan üç nəfəri isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə yaralamışdır. Sonuncu dördüncü hadisə isə “Gülşən İqbal” qəsəbəsində törədilib. Hadisə zamanı motorsiklet sürən Şiə məzhəbinin davamçılarından sayılan yeniyetmə Şəhid edilib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır