20 oktyabr 2013 - 20:30
Əhməd Davudoğlu Türkiyəni "əl- Qaidə"nin fermasına çevirib – CHP-li deputat

Hüseyn Aygün: "Er Utku deyil, Türkiyəni "əl- Qaidə"nin fermasına çevirən Əhməd Davudoğlu şübhəli qismində mühakimə edilməlidir”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ana müxalifət partiyası CHP-nin Tunceli deputatı Hüseyn Aygün AKP-nin yanlış siyasətlərini məhkum edərək deyib: "Xarici işləri naziri Əhməd Davudoğlu Türkiyəni "əl - Qaidə"nin fermasına çevirib".

O, Reyhanlıdaki partlayışla əlaqədar sənədləri sızdırdığı iddia edilən Er Utku Kalının deyil, "Türkiyəni "əl- Qaidə"nin çiftliği halına gətirən" xarici işlər naziri Əhməd Davudoğlunun mühakimə olunması lazım olduğunu ifadə etdi.

"Türkiyədəki sülh istəyən bütün insanların qəhrəmanı olan Utku Kalını dəstəkləmək üçün Samsuna gedirəm. Reyhanlı qırğınına dair məluamtları ortaya çıxarmaq bir cinayət deyil, insanlıq vəzifəsidir. Er Utku deyil, Türkiyəni "əl- Qaidə"nin fermasına çevirən Əhməd Davudoğlu şübhəli qismində mühakimə edilməlidir.”

Xatırladaq ki, bu gün hərbçi Utku Kalın Hatayın Reyhanlı rayonundakı bombalı hücumlara dair sənədləri xaker qrupu “RedHack”a ötürdüyü iddiası ilə mühakimə edilir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır