13 oktyabr 2013 - 20:30
İİR Azərbaycanda aparılan Farsofobiya siyasətinə görə UNESCO-ya şikayət edib

UNESCO-ya ünvanlanan məktub: “...Biz UNESCO-dan bu qeyri-mədəni rəftarın dərhal qarşısını almasını və onu əvvəlki vəziyyətinə geri qaytarmasını istəyirik”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Məhəmməd Əli Nəcəfi UNESCO-nun baş direktoru İrina Bokovaya məktub ünvanlayıb.

Məktubda Nizami Gəncəvinin fars dilində şeirlər yazılmış daşların bu görkəmli şairin məqbərəsindən yığışdırılmasına toxunularaq Azərbaycanın farsofobiya siyasətinə etiraz bildirilib.

Sənəddə deyilir ki, Azərbaycan dövlətinin farsofobiya siyasəti bir neçə ildir İranın tanınmış şəxsiyyətləri və ədəbiyyatını hədəfə alıb: “Bunun ən son nümunəsi Nizami Gəncəvinin fars dilində olan şeir daşlarının şairin məqbərəsindən götürülməsidir. Bu addım mədəniyyətdən uzaq bir addım olaraq mədəni ortaqlıqların nəzərə alınmaması mənasındadır. Biz UNESCO-dan bu qeyri-mədəni rəftarın dərhal qarşısını almasını və onu əvvəlki vəziyyətinə geri qaytarmasını istəyirik”.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır