15 sentyabr 2013 - 19:30
Sələfilər İmam Rzanın (ə) qardaşının hərəminə silahlı basqın etdi, iki nəfər Şəhid oldu

Huseyn Bava: “Allahsız yaraqlılar xüddamların cəsarəti ilə üzləşdikləri baxımından xoşbəxtçilikdən hərəmə heç bir ciddi xəsarət yetirə bilməyiblər.”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraq və Suriyada xüsusi vəhşiliklər törədərək işğalçı Amerika və onun qeyriqanuni övladı sionist rejiminin layihələrini həyata keçirən azğın əl-Qaidə yaraqlıları, İslam Ümməti arasında qardaş müharibəsinin alovlanması üçün əllərindən gələni əsirgəmirlər...

Qara şeytani qüvvələr tərəfindən himayə olunan sələfi-vəhabi yaraqlıları, Şiə kənd və qəsəbələrinə davamlı sürətdə silahlı basqınlar etməklə, Peyğəmbər (səlləllahu əleyhi və alih) övladlarının məzarlarını viran edərək, məzlum dinc Şiə əhalisinə qarşı soyqırımlar törədərək, məhəbəti bütün Müsəlmanlara vacib olan Əhli-Beytə (əleyhimus səlam) qarşı öz kin və küdrətlərini artıq ələniləşdiriblər...

Sionist qüvvələrinin pulsuz nökərləri ilə tanınan sələfi-vəhabi yaraqlıları həzrəti İmam Rzanın (əleyhis səlam) mövlud günləri ərəfəsində İmam Musai Kazımın (əleyhis səlam) övladı (İmam Rzanın (əleyhis səlam) qardaşı) Seyyid Əhmədin (əleyhis səlam) pak hərəminə silahlı basqın edərək, növbəti cinayətə imza atıblar.

İraqın Diyala əyalətində yerləşən İmamzadələrin- Pir və Ocaqların rəhbəri Huseyn Bava bildirib: “Ölkədə təxribat törətmək məqsədi ilə məskunlaşan vəhabi yaraqlıları, ötən gün, 15 Sentyabr, 2013 tarixdə, İmam Musa Kazımın (əleyhis səlam) Seyyid Əhməd (əleyhis səlam) adlı övladının Diyala əyalətinin “Əbi Seyda” məntəqəsində yerləşən məzarına silahla basqın ediblər. Hərəmin xüddamları-xadimləri təpədən dırnağa kimi silahlanmış vəhabi pozğunlarını gördükdə, onların hərəm daxilinə girişinin önünü alıblar. Bir saat uzanan qarşıdurmada vəhabi azğınları Hərəmi müdafiə edənlərinin ciddiliyini gördükdə, xüddamlardan birini Şəhid edərək digərini ölümcül yaralayıb hadisə yerini tərk edib naməlum istiqamətə qaçıblar. Təsüflə qeyd etməlyik ki, yaralanaraq xəstəxanaya yerləşdirilən qəhrəman xüddam həkimlərin bütün səylərinə baxmayaraq uca şəhadət məqamına nail olub. Amma bununla belə yaraqlılar xüddamların cəsarəti ilə üzləşdikləri baxımından xoşbəxtçilikdən hərəmə heç bir ciddi xəsarət yetirə bilməyiblər.”

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır