5 sentyabr 2013 - 19:30
Suriyadakı terrorçudan dəhşətli etiraflar

Pakistandan gətizdirilmiş muzdlu terrorçu, daha sonra əl-Qaidə terror təşkilatının sabiq lideri Ben Ladenə istinad edərək, öz iyrənc hədəflərini belə izah edir: “Biz onların qadın və uşaqlarını öldürürük. Ben Ladin bu haqda deyib: Bu qırğınlar o zamana kimi davam edəck ki, onlar bizim qadın və uşaqlarımızı öldürməkdən əl çəksinlər”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, internet səhifələrində yayımlanan videoçarxda, xarici dövlətlər tərəfindən dəstəklənərək, Suriyaya gətizdirilmiş sələfi yaraqlıları Suriya vətəndaşlarını, xüsusi ilə də qadın və uşaqların qətlə yetirməkləri haqda aldıqları tapşırıqlarla bağlı, dəhşətli açıqlamalar veriblər.

Yayımlanan videoçarxda, Lazqiyə əyalətində terror əməliyyatları həyata keçirən “Riyadul Abidin” adlı terror qruplaşmasının ünsürlərindən biri, Nadim Bəluç kimyəvi qazlardan istifadə edərək, suriyalı qadın və uşaqları öldürəcəklərinə işarə edərək deyir: “Biz, suriyalılara qadın və uşaqlarını öldürməklə zərbə vurmaq qərarına gəlmişik”.

Pakistandan gətizdirilmiş muzdlu terrorçu, daha sonra əl-Qaidə terror təşkilatının sabiq lideri Ben Ladenə istinad edərək, öz iyrənc hədəflərini belə izah edir: “Biz onların qadın və uşaqlarını öldürürük. Ben Ladin bu haqda deyib: Bu qırğınlar o zamana kimi davam edəck ki, onlar bizim qadın və uşaqlarımızı öldürməkdən əl çəksinlər”.

Azğın vəhabi terrorçusu Nadim Bəluç, sonra deyir: “Biz əlimizdəki silahın (kiməvi silahlara işarə edir) qüdrətli olduğunu bilirik və bizim lehimizə müsbət təsirlər qoyacağına inanırıq. Biz bir daha bildiririk ki, əgər Suriya Ordusu bir metr yaxınlaşarsa, hər bir şeyə əl atacağıq. Biz onların evlərinə hücm çəkərək, günlərini qaranlıq gecəyə çevirəcəyik”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır