29 avqust 2013 - 19:30
NATO və BMT arasında fikir ayrılığı

NATO-nun baş katibi Rasmussen, Suriyadakı qarşıdurma haqqında danışarkən "Bu, qəbul edilə bilməz və cavabsız qala bilməz" dedi

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- NATO üzvləri olan ölkələr dünən Suriyadakı kimyəvi silahdan istifadə müzakirə etmək üçün toplanıb. Toplantıda NATO-nun baş katibi Anders Fogh Rasmussen müttəfiq ölkələrin kimyəvi silahdan istifadə edilməsinin beynəlxalq hüquq və normaların açıqca tapdanması mənasına gəldiyini vurğuladı.

"Bu hücumlar cavabsız qala bilməz" deən Rasmussen, kimyəvi silah istifadəsinin bütün dünya və beynəlxalq sülh üçün təhlükə olduğunu bildirdi.

Suriyadakı vəziyyəti yaxından izləməyə davam edəcəyini deyən Rasmussen, NATO-nun Türkiyəyə dəstək verməyə və sərhədini qorumağa davam edəcəyini açıqladı.

Bu arada Birləşmiş Millətlər Təşkilatı maraqlı bir açıqlama verib. BMT-in açıqlamasına görə Suriyada vəziyyət araşdırılıb və orda bu günə qədər kimyəvi silah istifadə olunmayıb.

Qeyd edək ki, ABŞ bu gün Suriyaya hücum edəcəyi açıqlanmışdı. Bu hücuma Fransa, İngiltərə və Türkiyə dəstək verəcəkdi.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır