Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Səudi Ərəbistan yeni layihəsində Kəbə Evinin təvaf olunan hissəsini genişləndirmək məqsədi ilə, Kəbə evi ətrafında yer səthindən 13 metirlik hündürlükdə təvaf üçün yer tikib.
Bununla bağlı Təqlid Mərcələrindən həmin məkanda yaşlı və xəstə insanların təvaf edilmələrinin hökmü soruşulub.
Sual:
Bildiyiniz kimi, Kəbə Evində yaşlı, xəstə və cismi cəhətdən yararsız insanların asan təvaf etməkləri üçün, yer səthindən 13 metirlik hündürlükdə yeni təvaf yeri tikilib. Qeyd olunan hündürlükdə təvaf etməkə icazə verilir ya yox?
Cavab:
Ümümdünya Müsəlmanalrının Ali Lideri İmam Xamenei cənabalrı: “Aşağı mərtəbədə təvaf etmək düzgündür. Ancaq yuxarı təbəqədə təvaf etmək düzgün sayılmır. Lakin üst təbəqədə təvaf edən yaşlı, xəstə və cismi cəhətdən yararsız insanlara gəlincə isə, ehtiyata əsasən aşağı mərtəbədə təvaf etmək üçün özərinə naib tutsunlar.”
Ayətullah Uzma Məkarim Şirazi: “Yuxarı təbəqənin hündürlüyü əgər Kəbə Evinin damından aşağı olarsa bu sürətdə orada təvaf etmək düzgündür.”
Ayətullah Uzma Nuri Həmədani: “Üst təbəqədə təvaf etmək düzgün deyildir. Yaşlı, xəstə və cismi cəhətdən yararsız insanlar isə, mütləq aşağı təbəqədə təvaf etmək məqsədi ilə özlərinə naib tutmalıdırlar.”
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır