12 avqust 2013 - 19:30
Suriyada silahlı terrorçular məğlubiyyət astanasında

Suriyanın bir neçə böyük yaşayış məntəqəsi hökumət qüvvələrinin əlinə keçib

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Bəşşar Əsədə bağlı Ordu Qüvvələri Suriyanın Dəməşq şəhərinin Rif məntəqəsində "Azad Suriya Ordusu" adlı trrorçu qüvvələri dizə çökdürür.

İran İslam Respublikasının əl-Aləm telekanalının verdiyi məlumata görə, bu gün Suriya Milli Ordusu Hələb şəhərini dübarə ələ keçirdərək, "ASO" terror qüvvələrini böyük itki verməyə məruz qoyub və yaraqlıları şəhəri tamamilə tərk etməkə məcbur edib.

Son xəbərə görə, Suriya Milli Ordusu hətta Laziqiyyə şəhəri yaxınlığındakı bir neçə yaşayış məntəqəsini də terrorçu qüvvələrindən azad edərək, sabitlik və təhlükəsizliyi yenidən bərqərar edib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır