5 avqust 2013 - 19:30
Nardaran sakini hacı Əli Hüseynov həbs olundu

Hacı Əli Hüseynovun həbs edilməsinin səbəbi "Qüds Günü" münasibətilə Nardaranda keçirilən tədbirdə sionist rejim və ABŞ bayrağının yandırılması olub. Ona 9 sutkalıq həbs cəzası verilib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Nardaran ağsaqqalı, hacı Əli Hüseynov həbs olunub. Bu barədə Naradaran sakinləri "Azad Xəbər"ə bildiriblər. İlkin məlumatlara əsasən, həbsin səbəbi "Qüds Günü" münasibətilə Nardaranda keçirilən tədbirdə sionist rejim və ABŞ bayrağının yandırılması olub.

Hacı Əli Hüseynovu polis bölməsinə aparıblar. Ona 9 sutkalıq həbs cəzası verilib.

Hüquq-mühafizə orqanları bildiriblər ki, ABŞ və sionist rejimin bayraqlarının yandırılmasına kimsənin icazəsi yoxdur.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır