2 avqust 2013 - 19:30
İşğalçı israil rejimi növbəti Məscidi sinaqoqa çevirir

Haartez: “Sionistlər əl-Əqsa Məscidinin cənub-qərbində yerləşən Davud Peyğəmbər (ə) Məscidinə ötən gün ikinci dəfə zorla basqın edərək Məscidin üç divarındakı seramikləri və tarixi tikililəri darmadağın edib.”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Qüdsdə yerləşən Davud Peyğəmbər (ə) Məscidi qeyrileqal, işğalçı israil rejimi tərəfindən sinaqoqa çevrilərək Məsciddəki bütün İslami izlər yox ediləcək.

RBK-nın bildirdiyinə görə, sionist rejimində dərc edilən “Haartez” qəzetinin yaydığı məlumatda deyilir: “Sionistlər əl-Əqsa Məscidinin cənub-qərbində yerləşən Davud Peyğəmbər (ə) Məscidinə ötən gün ikinci dəfə zorla basqın edərək Məscidin üç divarındakı seramikləri və tarixi tikililəri darmadağın edib.”

Qəzetin məlumatına görə, Fələstin torpaqlarını işğal etmiş israil rejimi həmin Məsciddə heç bir bərpa işləri aparmaq niyyətində deyil. Əksinə, həmin Məcsiddə bütün İslami və ərəb izlərinin aradan aparılması, onun sinaqoqa çevrilməsi nəzərdə tutulub.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır