28 iyul 2013 - 19:30
Hələb və Homsun sabitliyi təmin edildi

Suriya Milli Ordusu, türk, xristian və yəhudi birliklərinin təşkil etdikləri terrorçularının qərərgahları və onlarların silah-sürsatlarını Xalidiyə bölgəsindən tamamilə təmizləyərək, sabitliyi məntəqədə bərpa ediblər. Suriya Milli Ordusunun Hələb-Sələmiyə yolu üzərindəki Hanasır Yüksəkliyi, Əbdu Musa Kəndi, Böyük Hüccara, Cub Avad, Qürbətiyə və Rəşadiyə bölgələrində muzdlu tekfirçi terror şəbəkələrinin son yuvalarını, daxilindəkilər ilə bir yerdə məhv edərək ölkə vətəndaşlarının təhlükəsizliyini təmin ediblər.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Suriya Milli Ordusunun dəmir tapdaqları altında əzilərək günü-gündən yox olan türk, xristian və yəhudi birliklərinin təşkil etdikləri terrorçularının qərərgahları və onlarların silah-sürsatları Xalidiyə bölgəsindən tamamilə təmizlənərək, məntəqədə sabitlik bərpa edilib.

SANA-ya açıqlama verən hərbi qaynaq bildirib ki, Qarabis, Vərşe və Curət əl-Şiyyah səmtlərində də aparılan anti-Terror əməliyyatları nəticəsində terrorçular silah və sursatları ilə birlikdə təsirsiz hala gətizdirilib.

Qaynaq, Suriya Milli Ordusunun Təlbisəyə rayonunun Masarat Təl Üməri, Dərviş Garajı və Beyt Nəbhan əkin sahəsi yaxınlarında vəhabi-sələfi azğın terrorçularına qarşı apardığı ağır əməliyyatlar nəticəsində yaraqlıların böyük əksəriyyəti məhv edilərək, hərbi avadanlıqları və cinayət alətləri darmadağın edilib.

Qaynaq həmçinin, Təldəv kəndindəki Vətən Xəstəxanasına silahlı basqın cəhdində olan, xaricdən gətizdirilmiş terrorçuların bir çoxu öldürülərək, daha bir çox qismi yaralı hala gətizdirilmişdir.

Hələbin bir çox bölgəsində də azğın terrorçular zərərsizləşdirildi

Suriya Milli Ordusu Hələb rayonun bəzi kəndlərdə təhlükəsizlik və sabitliyi yenidən təmin edərk, bir çox terrorçu qüvvələri darmadağın edib.

Suriya Milli Ordusunun Hələb-Sələmiyə yolu üzərindəki Hanasır Yüksəkliyi, Əbdu Musa Kəndi, Böyük Hüccara, Cub Avad, Qürbətiyə və Rəşadiyə bölgələrində muzdlu tekfirçi terror şəbəkələrinin son yuvalarını, daxilindəkilər ilə bir yerdə məhv edərək ölkə vətəndaşlarının təhlükəsizliyini təmin edib.  

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır