Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraqın rəsmi Əyn Xəbər Agentliyi Daxili İşlər Nazirliyinə istinadla bildirib: “24 iyul, 2013 tarixdə, Bağdadın Şimal Şosesi ilə hərəkət edən yük maşınlarının 14 sürücüsü, saxta keçid məntəqəsində yaraqlılar tərəfindən qətliam olublar.”
Hadisə, dəqiq Bağdaddan 160 km məsafəlikdə yerləşən Süleyman Bəy qəsəbəsində baş verib. Səbəbi isə, yaraqlıların İraq Polislərindən qisas almaları olub.
Süleyman Bəy qəsəbəsinin bələdiyyəsi Talib Muhəmməd, Şəhid olanların hammısının Əhli-Beyt (əleyhimus səlam) davamçılarından olduqlarını bildirərək, onların Bağdaddan Kərkükə yardım daşıdıqlarını qeyd edib.
Talib Muhəmməd, hadisənin təfarrüatına işarə edərək deyib: “Yaraqlılar, saxta keçid məntəqəsi təşkil edərək, ilk öncə qeyd olunan sürücülərdən sənədlərin göstərmələrini tələb edir. Sənədlərə baxdıqda sürücülərin Şiə olduqlarına tam əmin olduqdan sonra, vəhşicəsinə hammısını güllələyərək Şəhid ediblər.”
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır