Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Livanın “əl-Əxbar” qazeti, Mişel On ilə, Hizbullah Muqavimət Təşkilatının Katibi Seyyid Həsən Nəsrullahın iki gün öncə görüş keçirtdiklərini bildirib.
əl-Əxbar qəzeti, görüşün yüksək səviyyədə keçirildiyinə işarə edərək, bildirib ki, hər iki tərəflər belə təvafüqə gəliblər ki, görüşün keçirilməsini nə təsdiq etsinlər və nə də inkar etsinlər.
əl-Nəhar xəbər agentliyi də, görüşün keçirildiyinə təkid edərək bildirib ki, çox güman görüş, Bazar günü gecə radələrində baş tutub...
Hizbullah Müqavimət Təşkilatının Ümumi Əlaqələr Şöbəsinin Məsulu İbrahim əl-Musəvi bildirib: “Mişel On ilə Seyyid Həsən Nəsrullah arasında baş tutan görüşü nə təsdiq edə bilmək səlahiyyətim var nə də ki, inkar edə bilərəm.”
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır