Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün səhər radələrində əl-Qaidə terror təşkilatının müavini “Səid əl-Şəhri” Yəməndə öldürülüb.
Yaraqlıların ikinci nömrəli adamı sayılan əl-Şəhrinin Ərəb yarımadasında, hava hucumları nəticəsində həlak olduğu bildirilir.
Dünya səviyyəli ə-Qaidə terror qruplaşması, hadisə ilə bağlı bəyanat yayımlayaraq, təşkilatın müavini, əl-Qaidə yaraqlılarının 2 nömrəli adamı“Səid əl-Şəhri”nin Yəməndə öldüyü xəbəri təsdiqləyiblər.
Hadisə ilə bağlı ətraflı məlumat hələlik açıqlanmır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır