6 iyul 2013 - 19:30
İdlibdə terrorçularla yaşanan qarşıdurmada xeyli yaraqlı öldürüldü

Hərbi qaynaqlardan verilən açıqlamada, Suriya Milli Ordusu ölkənin əl-Şağir, əl-Canudiyə, əl-Səkriyyə, Cəbəl əl-Ərbəin, əl-Rami, Cobat, Nahliyyə,Əfəs və Dəyr Sünbül bölgələrində də bir çox yaraqlının öldürərək silah və mühimmatlarının müsadirə edildiyini bildirib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Suriya Milli Ordusu İdlib əyalətinin bəzi bölgələrdə azğın yaraqlılara qarşı təşkil etdiyi xüsusi Təmizlənmə Əməliyyatlarında xeyli sayda terroristi öldürərək, onlarla cinayət alətlərini məhv edib.

Hərbi qaynaqlardan verilən açıqlamada, Suriya Milli Ordusu ölkənin əl-Şağir, əl-Canudiyə, əl-Səkriyyə, Cəbəl əl-Ərbəin, əl-Rami, Cobat, Nahliyyə,Əfəs və Dəyr Sünbül bölgələrində də bir çox yaraqlının öldürərək silah və mühimmatlarının müsadirə edildiyini bildirib.

Qaynaq daha sonra bildirib: “Silahlı Qüvvələrimiz, Muarrat əl-Numan, Əhsən və əl-Mağara bölgələrində yol kəsən, qəsb və yağmalama aktlarını törədən silahlı terror qruplarıyla mübarizə apararaq yaraqlıların böyük əksəriyyətini təsirsiz hala gətirib.”

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır