6 iyun 2013 - 19:30
Tehran Venesuelada 3500 yaşayış binası tikəcək

Bu sayaq layihələrlə İİR-Venesuela əməkdaşlığını tərəflər genişləndirməyi planlaşdırıb

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Venesuelanın tiktinti naziri Rikkardo Molina bildirib ki, İran İslam Respublikası ölkənin Karabobo ştatında, Valensiya yaşayış məntəqəsində 3456 yaşayış binası tikməyə hazırlaşır.«İranskiye novosti»-nin məlumatına görə, nazir tikinti sahələrindən birinə baxış keçirərkən bu bəyanatı verib.

Bu sayaq layihələrlə İran-Venesuela əməkdaşlığını tərəflər genişləndirməyi planlaşdırıb.

Molinanın sözlərinə əsasən, layihənin birinci mərhələsində minə yaxın bina 2013-cü ilin sonunadək hazır olacaq.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır