Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasənRuhullah Axundzadənin oğlu Muhəmmədəli Axundzadə atasının ağır durumu ilə bağlı, Astara ruhaniləri və ziyalılarının ciddi narahatlıq keçirtdiklərini bildirib.
İslamazeri saytına açıqlma verən Muhəmmədəli Axundzadə bildirib:
"Bismillahir-rəhmanir-rəhim.
2011-ci ildə şərlənərək zindana salınmış, mənəvi işgəncələr nəticəsində ağır dərəcəli infarkt keçirən Ruhullah Axundzadənin xəstəliyinin müalicəsi üçün Penitansiar xidmətin tibb məntəqəsində mütəxəssisləri özlərinin də etiraf etdiyi kimi şərait yoxdur və onun həyatı hər an təhlükə qarşısındadır. Bunları nəzərə alaraq R.Axundzadənin azadlığa buraxılmasını tələb edirik! Şəhid Vaqif Abdullayevlə bağlı buraxılan səhvi təkrarlamamağa çağırırıq. Bu zülmü nə Allah nə də Azərbaycan xalqı qəbul etməz.
Astara rayon Ağsaqqallar, Ruhanilər, Ziyalılar və Dindarlar komitəsi."
Məhəmmədəli Axundzadə bununla bağlı “Media forum”a da açıqlama verib: “Həkim atamın sağalacağına zəmanət vermir. Həkimin dediyinə görə, ona qəti tərpənmək olmaz. Amma müəssisədəki şərait buna imkan vermir, həbsxanadan heç bir fərqi yoxdur. Bir otaqda 15-20 xəstə yatır. Siqaret çəkirlər, səs-küy yaranır. Atama isə əsəbiləşmək, həyəcanlanmaq olmaz. Danışanda belə əl-ayağı qıc olur. Səhhəti ilə əlaqədar atamın azadlığa çıxmasını istəyirik. Məhkəməyə təqdim etməyə müəssisənin rəyini istəmişik, hələ ala bilməmişik”.
Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin Müalicə Müəssisəsinin baş həkimi “Media forum”a bildirib ki, Ruhulla Axundzadənin durumu elə də ağır deyil: “Artıq gəzə bilir, danışır. Havalar istidir, əlverişli olmadığı üçün xəstə hələ bir ay da müəssisədə saxlanacaq. Müalicə müəssisəsində ailəsi ilə də tez-tez görüşür. Həbsxanada bu imkanlar olmayacaq deyə əlavə stress yaşana bilər”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır