Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən bütün dünyada tanınan “Anonymous” haker hərəkatı Türkiyə hökumətinin bir neçə saytına haker hücumu təşkil edib.
Hücuma məruz qalan saytlar arasında Türkiyə Daxili İşlər Nazirliyinin, o cümlədən baş nazir Rəcəb Tayyib Ərdoğanın rəsmi saytı da var.
Qeyd edək ki, “Anonymous” haker hərəkatı Türkiyədə keçirilən etiraz aksiyalarına dəstək vermək məqsədilə #OpTurkey adlı plan əsasında hökumət saytlarına hücum etməyi qərar alıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır