Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- Rəcəb ayının ilk cümə axşamına "leylətur rəğaib” (aşiqlər gecəsi) deyirlər. Hz.peyğəmbərdən (s.a.s) bu gecə üçün çoxlu fəzilətli əməllər nəql olunub ki, bunları Seyyid ibn Tavus "İqbal" və Əllamə Hilli "İcazətul bəni zohre" kitabında nəql ediblər. O əməlləri yerinə yetirmək insanın günahlarının bağışlanmasına və uca Allahın rəhmətinə səbəb olar.
O gecənin məxsus namazı da var ki hər kəs onu yerinə yetirsə, Allah təala onun savabını - qəbrin əvvəl gecəsində ən gözəl surətdə,üzü parıltılı və dili danışan halda onun yanına göndərər və (qıldığı namazın təsiri) ona deyər: ey mənim əzizim! Sənə müjdə var, çünki sən bütün çətinlikdən nicat tapmısan. Bəndə soruşar: Sən kimsən? Allaha and olsun ki mən sənin simandan (çöhrəndən) gözəl sima görməmişəm, sənin sözlərindən şirin söz eşitməmişəm və sənin iyindən gözəl iy iynəməmişəm. Namazın təsiri ona cavab verər: Mən o namazın savabıyam ki, sən onu filan ilin, filan ayının filan gecəsində yerinə yetirmisən. Bu axşam sənin yanın gəlmişəm ki sənin haqqını əda edim,sənin munisin olum, qorxunu səndən götürüm və qiyamətin şeypur suru çalınan zaman sənin başına kölgə salım.Bəs xoşhal ol ki xeyir səndən heç vaxt ayrılmayacaq.
Peyğəmbərdən (s) rəvayət olunub ki, rəcəbin birinci cümə axşamından qafil olmayın. Allahın mələkləri o gecəyə leylətur rəqaib deyirlər. Çünki bu gecənin 3 də 1-i keçdiyi zaman yerdə və göylərdə olan bütün mələklər Kəbəyə və onun ətrafına toplaşar və Allah təala onlara bu cür xitab edər: Ey mənim mələklərim, məndən hər nə istəyirsiniz istəyin. Mələklər ərz edərlər: Ey əziz Allah, bizim səndən istəyimiz budur ki,rəcəb ayında oruc tutanların günahlarını bağışlayasan və onları bağışlanmışlardan qərar verəsən. Uca Allah buyurar: Bu işi yerinə yetirdim.
Yerinə düşər ki, bu hədisi eşidən hər kəs rəğaib gecəsində mələklərə çoxlu salam və salavat göndərsin ki, onların işinin qarşılığında haqqlarını əda etmiş olsun.
Allah Təala bu mübarək gecədə hamımızın əməllərini qəbul etsin! Amin!
Kərbəlayi Elvin
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır