Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Suriya Milli Ordusunun xarici ünsürlərə qarşı apardığı “Təmizlənmə Əməliyyatları” nəticəsində, düşmən qüvvələr ağır itkilər verməyə məcbur qalıb. Belə ki, Suriya Milli Ordusu, terrorçuların Səlma, Tərtiyah, Kofr Dublə kəndlərindəki pusqularına qəflətən hcüm çəkərək, çoxlu sayda yaraqlını məhv edib. Öldürülənlərin sırasında xeyli sayda İordan və Səudi Ərəbistan vətəndaşlığı olan snayperçilərin olduğu bildirilir.
Suriya Milli Ordusunun, qeyd olunan kəndlərdə apardıqları əməliyyatlar nəticəsində, çoxlu sayda silah-sürsat, Suriya hökümətindən oğurlanmış tibb ləvazimatları, əlləri Suriya xalqının qanına bulanmış terrorçuların bir-biriləri ilə, əlaqə saxlayan cihazlar məhv edilmişdir.
əl-Dərrə və Burcul Əhraş kəndlərində isə, Suriya Milli Ordusu başda məşhur Səudi ərəbistanlı terrorçu olan Məşəlul Salih olmaqla xeyli sayda silahlı yaraqlıları məhv etmişdir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır