Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Təbriz Universitetində çıxış edən prezidentliyə namizəd Purməhəmmədi Azərbaycan Respublikası barədə verilən sualı cavablandırarkən deyib: "İran İslam Respublikası həmişə qonşu ölkələrlə münasibətlərin genişlənməsi siyasətini öndə tutmuşdur və bütün qonşuları ilə dostluq əlaqələrinin qurulmasının tərəfdarıdır".
O artırıb: "Azərbaycan Respublikası İran İslam Respublikasının milli maraqlarının əksi yolunda hərəkət edir".
"Azərbaycan Respublikası İİR-ın və İslamın düşmənlərinin tələsinə düşüb və biz bu ölkə xalqına kömək etməliyik ki, sionistlərin tələsindən çıxsınlar"-deyə Purməhəmmədi vurğulayıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır