Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Türkiyənin Malatya şəhərində 54 hektar ərazini 500 min TL-yə (218 400 AZN) alan Hollandiya şirkəti ərazidəki məscidi dağıdıb.
"ACT4 MMM" adlı Hollandiya şirkəti aldığı ərazidə böyük ticarət mərkəzi tikəcək. Bu səbəblə də "Hall Camii" adlı məscidi yerlə yeksan edib.
Məscidin 12 illik axundu hadisələrdən üzüldüyünü və 20 gündür yatmadığını söyləməklə kifayətlənib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır