Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Rəsmi Rəmallah Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Qəzzə sektoruna səfərini tənqid edib.
Fələstin Milli Azadlıq hərəkatı (Fəth), baş nazirin Qəzzəyə həyata keçəcək səfərinin faydasız olacağını, həmçinin, bunun sektorun mühasirəsinin götürülməsinə səmərə verməyəcini bəyan edib.
Fəth rəhbərlərindən olan Yəhya Rəbahın sözlərinə görə, Qəzzaya gələn hər bir kəs özünü təbliğ etmək məqsədi güdür və bu kimi səfərlər xalq üçün heç bir səmərə daşımır.
Y. Rəbah Qətər əmirinin səfərini istisna adlandıraraq, həmin səfərin Mahmud Abbasa bildirildiyini deyib.
Fələstinin İslam müqavimət Hərəkatı (HƏMAS) isə, baş nazirin ziyarətini siyasi müstəvidə böyük səmərə verəcəyini bildirib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır