Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən bədnam “evrovision 2012” fəsad müsabiqəsi artıq öz mənfi təsirlərini rəsmən büruzə verdi. Belə ki, Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında ölkədə “fahişəliyin” leqallaşdırılması təklif olunub.
“İnsan alverinə qarşı mübarizə haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Siyavuş Novruzov fahişəliyin leqallaşdırmaq təklifi irəli sürüb.
O, bildirib ki, “Gəlin bu sahədə beynəlxalq təcrübədən istifadə edək. Bütün Avropa ölkələri artıq bu işin çəmini tapıb, biz də onların təcrübəsindən istifadə edə bilərik”.
P.S: Maraqlıdır, görən Novruzxan, leqallaşdırdığı “fahişəxana”lardan birinə daxil olduqda, öz yaxınlarından birinin orada “fahişəlik” etdiyini gördükdə nə edəcək?
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır