4 aprel 2013 - 19:30

Etirazçılar bildiriblər ki, ölkədə bu barədə referendum keçirilənə qədər etirazlarını davam etdirəcəklər.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Fransada yüzlərlə sakin yenidən küçələrinə toplaşaraq Fransa parlamentinin “eynicinsli nigahlar” və “övladlığa götürmə” barədəki qanunları müzakirəyə çıxarmasına etiraz ediblər.

Qeyd olunur ki, vətəndaşların bu tipli şifahi etirazlarına baxmayaraq müzakirə prosesi davam edəcək.

Etirazçılar isə bildiriblər ki, ölkədə bu barədə referendum keçirilənə qədər etirazlarını davam etdirəcəklər.

Fransa Milli Assambleyası 110 saatlıq müzakirələrdən sonra fevralın 12-də bu qanunu 329-229 səs çoxluğu ilə qəbul etmişdi.

Lakin Senatda bu qanunun qəbul edilmə ehtimalı azalır. Hazırki müzakirələr aprelin 13-ə dək davam edəcək.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır