30 mart 2013 - 19:30

Terrorist Husam Ali Bəkkur: Suriyada fəaliyyət göstərən silahlı terror qrupuyla birlikdə Homs şəhərində mülki vətəndaşları qaçırıb təcavüz etdikdən sonra onların başlarının kəsirdik...

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Bəkkur Suriya televiziyasının dünən şok bir məlumat yayımlayıb. Husam Ali Bəkkur adlı terrorçu, öz etiraflarında, Homs şəhərinin Təldəv bölgəsində doğulduğunu, Babba Amro məntəqəsində Məhəmməd əl-Aluv adlı bir şəxsin təklifindən sonra terror qrupuna qatıldığını və beynəlxalq əl-Qaidə terror təşkilatı tərəfindən döyüşmək üçün İraqa getdiyini söyləib.

İraqa qeyri-qanuni yollarla daxil olduqlarını deyən terrorist, Bağdadda 200 silahlıdan ibarət olan bir qrupa qatılaraq, 9 gün ərzində bir sıra terror aktları həyata keçirtdiklərinə daha sonra isə, geriyə, Suriyaya döndüklərini bildirib.

Terrorist Bəkkur, Suriya hadisələrinin başlandıqdan sonra isə ölkəyə döndüklərini deyərək Baba Amroda yaraqlı silahlı qruplara qatıldıqlarını və Suriya Milli Ordusuna qarşı mübarizələr apardığına etiraf edib. O, silahları əl-Aluvun İraqdan onlara daşıdığına da etiraf edib.

Terrorist Bəkkur daha sonra deyib: "Məhəmməd Əl-Aluv, məndən Baba Amrodan 4 gənc qızı qaçırmamı istədi. Qızları qaçırtdıqdan sonra Baba Amro Bulvarı yaxınlarındakı bir zirzəmidə gözlərini bağlayaraq həbs etdik. İkinci gün, isə dönüb qızlara təcavüz etdik. 4 gün sonra isə Məhəmməd əl-Aluvi istəyi və verilən fətvadan sonra qızları başlarını təkbir deyərək kəsdik”.

Terrorist, sonra Homs şəhərinin müxtəlif yerlərindən dah 10 vətəndaşı qaçırdıqlarını və onları zirzəmidə həps etdiklərini, bayramın ikinci günündə isə verilən fətvadan sonra başlarının kəsdiklərin bildirib.

Terrorist, öldürdükləri vətəndaşları qəbiristanlığa aparıb kütləvi halda basdırdıqlarını və Suriya Milli Ordusunu ləkələmək ünvanı ilə bunu videolentə çkdikərək, əl-Cəzirə agentliyi başda olmaqla müxtəlif media kanallarına göndərdiklərini bildirib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır