Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən vəhabi-sələfi rejimi Səudi Ərəbistanında çap olunan Ukaz jurnalı, bu gün 26 mart, 2013 tarixdə, Mübariz Şiə Ruhanisi, Şeyx Baqir əl-Nəmrin adını çəkmədən, onun şəkilini yayımlayaraq yazıb: “Bu Şiə Ruhanisinə, Səudi Ərəbistanın Baş prokurorluğu tərəfindən ən ağır cəzanın, “Allah ilə Müharbə edən şəxsin” (redaktordan: mürtəd və edam hökmü) cəzasının verilməsi tələb olunub”.
Ukaz jurnalı, daha sonra yazıb: “əl-Əvamiyyə şəhərindəki fitnəkarlığın, Mədinədə Bəqi qəbiristanlığındakı qarşıdurmanın əsas səbəbkarı (redaktordan: Şeyx Baqir əl-Nəmr), bu gün Məhkəmə qarşısında, Ərəbistanda “milli qarşıdurma yaratmaq”da günahlandırılıb.”
Səudi Ərəbistan vəhabi-sələfi rejiminin jurnalı daha sonra yazıb: “Fitnəkarın ən başlıca cinayətlərindən biri də, terrorçu və axtarışda olan cinayətkar şəxslər ilə görüş təşkil etməsi, terrorçulara davamlı sürətdə silahlı yürüşlər təşkil etmələrini məsləhət görməsi və onları bu işə təşviq etməsi, bir neçə terror aktlarının həyata keçirilməsi və xalqı Cümə Namazlarının xütbələri ilə üsyan etməyə çağırmasıdır”.
Xatırladaq ki, uzun illərdən bəri, vəhabi-sələfi rejimi olan Səudi Ərəbistanında acınacaqlı vəziyyətdə yaşayan Şiələr, artıq rejimin cinayətlərinə qarşı çıxaraq, ölkədə islahatların aparılmasını tələb ediblər. Bu yolda Şiələr iki ildir ki, sülhməramlı nümayişlər həyata keçirdirlər. Keçən il (2012), iyun ayında, Ali Səud rejimin, Şeyx Baqir əl-Nəmrə qarşı uğursuz silahlı suiqəstindən sonra, rejimin güc strukturları, Mübariz Şiə Ruhanisini yaralı vəziyyətdə oğurlayaraq naməlum istiqamətə aparırlar...
Qeyd edək ki, Səudi Ərəbistanın Mübariz Şiə Ruhanisi Baqir əl-Nəmr, Ali Xəlifə rejiminin ən qatı müxalifətçilərindən biridir. O, qəddar vəhabi-sələfi rejiminin cinayətlərindən qorxmayaraq, Xalqın Azadlığı naminə, daim rejimin yanlış siyasətlərini kəskin sürətdə pisləyir...
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır