Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Fələstinin Qəzza hökumətinin xarici işlər naziri Mahmud əz-Zəhar, işğalçı sionist rejiminin Türkiyədən istədiyi "üzr"ün qəbul edilməməli olduğunu bəyan etmişdir.
Türkiyə mətbuatının yaydığı xəbərə görə, əz-Zəhar, Türkiyənin TRT kanalında gedən proqramda çıxış edərək, sionist rejimin bu üzrünün çox şübhəli səciyyə daşıdığını, hər bir halda Türkiyə tərəfindən bu üzrün qəbul edilməməli olduğunu vurğulamışdır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır